AZE | RUS | ENG |

Türkiyənin məşhur aktyoru Münir Özkul vəfat edib

Türkiyənin məşhur aktyoru Münir Özkul vəfat edib
Türkiyənin məşhur aktyoru Münir Özkul 93 yaşında vəfat edib. APA-nın Türkiyənin "Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, o uzun müddət xəstəlikdən əziyyət çəkib.
 
Aktyor "Hababam sinfi” filmindəki Mahmud Hoca obrazı ilə məşhurdur. Münir Özkul 15 avqust 1925-ci ildə İstanbulda anadan olub. 
 
Qeyd edək ki, Ankara və İstanbul dövlət teatrlarında çalışıb. 1950-ci ildən başlayaraq, filmlərdə rol almağa başlayıb. Ssenarisi Nazim Hikmət və İhsan Kozaya aid "Üçüncü Səlim” filmindəki rolu ilə böyük kinoya qədəm qoyub. 1951-ci ildə Muhsin Ərtuğrulun "Barbaros Hayrettin paşa” filmində ilk dəfə baş rolda görünüb. 1957-ci ildə kino ilə paralel çalışdığı dövlət teatrında rəhbər vəzifəsinə gətirilib. Əsl şöhrəti isə ona "Arzu Film Yapımları” şirkətində istehsal olunan filmlər gətirib. 
 
"Nəşəli günlər”, "Mavi Muncuq”, "Arım, balım, pәtәyim”, "Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, "Hababam sinifi” trilogiyasındakı "Keçəl Mahmud” obrazı ona böyük məşhurluq gətirib. 
 
Aktyor alkoqolizmlə uzun illər mübarizə aparıb və 90-cı ilin ortalarında asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 ailəsi bahasına başa gəlib. Aktyor 4 dəfə evli olub. 
 
O, Demans (məntiqin itməsi) xəstəliyindən əziyyət çəkirdi. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2346
TRY 1 Türk lirəsi 0.2937
KWD 1 Küveyt dinarı 5.6076
SEK 1 İsveç kronu 0.1898
EUR 1 Avro 1.9673
CHF 1 İsveçrə frankı 1.7193
USD 1 ABŞ dolları 1.7000