• şənbə, 27 Aprel, 03:06
  • Baku Bakı 14°C

Türkiyəli rejissor Elnarənin yalanını ortaya çıxardı

27.06.13 15:35 1741
Türkiyəli rejissor Elnarənin yalanını ortaya çıxardı
Türkiyəli rejissor Mustafa Sarıkaya müğənni Elnarə Xəlilova üçün çəkdiyi “Centlmen” klipindən danışıb.
Axşam.az-ın məlumatına görə, Mustafa “Onlar” verilişinə açıqlamasında klipi Elnarəyə hədiyyə etdiyini deyib:
“Bu klip Bakıda çox söz-söhbət yaratdı. Onun 71 min dollara çəkildiyi haqda fikirlər dolaşdı. Amma biz bu klipi Elnarə xanıma hədiyyə etdik. Belə bir rəqəmdən söhbət belə gedə bilməz”.
Xatırladaq ki, Elnarə “Centlmen” klipinin ona 71 min dollara başa gəldiyini demişdi.
İradə İbrahimovanın “Bu aralar” klipini də çəkən rejissor deyib ki, tezliklə Röya ilə işbirliyinə başlayacaq:
“Türkiyədə Röya ilə görüşdük, bir klip üçün razılaşdıq. İndi həmin ekran işinin hazırlıqları ilə məşğuluq”.
banner

Oxşar Xəbərlər