AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyəli nazir:

Türkiyəli nazir: "Beynəlxalq aviareysləri dayandırmayacağıq"

Cəmiyyət
03 Dekabr 2020, 17:00 216
Türkiyə koronavirusa (COVID-19) pandemiyasının genişlənməsinə baxmayaraq beynəlxalq aviareysləri dayandırmağı planlaşdırmır.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib.

O, həmçinin deyib ki, ölkəsində komendant saatı tətbiq olunsa da, aviabileti olan şəxslər hava limanlarına və əks istiqamətdə sərbəst hərəkət edə bilərlər.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyənin Səhiyyə naziri Fahrettin Koca İstanbul da daxil olmaqla, ölkənin bir çox bölgəsində koronavirusun 3-cü dalğasına çatdığını açıqlayıb.