• şənbə, 27 Aprel, 08:24
  • Baku Bakı 12°C

Türkiyəli ifaçı Azərbaycan şəhidlərinin xatirəsinə konsert verdi

04.08.14 12:55 1182
Türkiyəli ifaçı Azərbaycan şəhidlərinin xatirəsinə konsert verdi
İfaçının APA-ya verdiyi məlumata görə, iki həftə əvvəl konsert proqramının repertuarı fərqli olsa da, cəbhədə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə hörmət əlaməti olaraq, proqramdan dəyişiklik edib: “Azərbaycan ordusunun əsgərlərin şəhid olması xəbərinə çox üzüldüm. Ona görə də konsert axşamını şəhidlərin əziz xatirəsinə həsr etdik. Yalnız şəhidlərə aid olan ariyalar səsləndirim”.
“Barokko ariyalar axşamı” adlı konsert Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Ariyalar gecəsində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatları, İtaliyanın Azərbaycan səfirliyinin nümayəndəsi və digər səfirliklərin təmsilçiləri iştirak ediblər.
Konsert proqramı Amerikada yaşayan orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin müşayiəti ilə baş tutub.
banner

Oxşar Xəbərlər