• şənbə, 27 Aprel, 04:36
  • Baku Bakı 14°C

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilir

16.04.17 11:23 808
Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilir
Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilir. Bir sıra vilayətlərdə yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 8:00) seçki məntəqələri səsvermə üçün açılıb. Ölkənin bütün ərazisində səsvermə saat 17:00-da başa çatacaq.
AZƏRTACAnadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ölkədə 55 milyon 319 min 222 seçici qeydə alınıb və seçki məntəqələrində 167 min 140 qutu qoyulub. Referendumun gedişi və səslərin sayılması 10 siyasi partiya tərəfindən izlənəcək.
Ölkə qanunlarına görə, ümumxalq səsverməsi günü radio, televiziya və digər KİV-lər yerli vaxtla saat 18:00-dək seçkinin nəticələri ilə bağlı xəbərlər, proqnozlar və şərhlər verə bilməz. Saat 18:00-21:00 arasında isə referendum haqqında yalnız Ali Seçki Komissiyası tərəfindən verilən informasiyalar yayımlanacaq.
banner

Oxşar Xəbərlər