AZE | RUS | ENG |

Türkiyədə azərbaycanlı rəssamın əsərinin eskizi əsasında gümüş sikkə buraxılıb

Türkiyədə azərbaycanlı rəssamın əsərinin eskizi əsasında gümüş sikkə buraxılıb
Türkiyə Xəzinəsinin əskinas çap etmə və sikkə kəsmə İdarəsi Osmanlı dövründə dəniz qüvvələri komandanlarından Oruc Rəisin xatirəsini əbədiləşdirmək məqsədi ilə 20 türk lirəsi dəyərində gümüş xatirə sikkəsi buraxıb.
 
APA-nın Türkiyə bürosunun məlumatına görə, gümüş sikkə İstanbuldakı  əskinas çap etmə və sikkə kəsmə İdarəsi tərəfindən kəsilib. Oruc Rəis gümüş sikkəsi İstanbuldakı Yedditəpə universitetinin azərbaycanlı  müəllimi, professor Rafiq Əzizin İstanbuldakı Dəniz muzeyində saxlanılan Oruc Rəis adlı tablosunun eskizi əsasında buraxılıb. Professor Rafiq Əziz APA-ya açıqlamasında deyib ki, bu, onun altıncı əsərinin eskizi əsasında dizayn edilərək buraxılan sikkədir. ”Sikkənin eskizinin yağlıboya orijinalı İstanbulun Beşiktaş rayonunda yerləşən Dəniz muzeyindədir. Bundan əvvəl isə UNESCO-nun mənim 3 əsərimi Türkiyəyə tövsiyə etməsindən sonra Xəzinə gümüş xatirə pulları buraxıb. Bu şəkildə əməkdaşlığı davam etdirəcəyik” - deyə professor Rafiq Əziz açıqlamasını bitirib.
 
Qeyd edək ki, 2017-ci ildə Türkiyə Xəzinəsinin İstanbuldakı əskinas çap etmə və pul kəsmə İdarəsi professor Rafiq Əzizin yağlıboya tablosunun eskizi əsasında Türk dənizçilik tarixinin məşhur komandanı Piri Rəisin adına gümüş xatirə pulu buraxıb. Türkiyənin Dəniz və Hava qüvvələri komandanlıqları ilə yaxından əməkdaşlıq edən professor Rafiq Əzizin adı çəkilən hərbi qurumların sənət  muzeylərində 150-dən artıq rəsm əsəri var.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000