• şənbə, 27 Aprel, 02:56
  • Baku Bakı 14°C

Türkiyə-Almaniya gərginliyi yüksəlir

07.06.17 10:00 1591
Türkiyə-Almaniya gərginliyi yüksəlir
NATO-nun iki qüdrətli üzvü - Türkiyə ilə Almaniya arasında münasibətlər kəskinləşmək üzrədir. Artıq bir aydan artıqdır ki, ölkələr arasında qalmaqal səngimir. Referendum ərəfəsində türk nazirlərin Almaniyada keçirilən mitinqlərə qatılmasına qoyulan qadağa ilə başlayan gərginlik sonradan daha da qızışdı. Türkiyə almaniyalı deputatları İncirlikaviabazasına buraxmadı. Bu, iki ölkə arasında sayca ikinci qalmaqaldır.Nəticədə, rəsmi Berlin yeni gərginliklə bağlı alternativ yollara əl atmağa başlayıb. Belə ki, Almaniyanın müdafiə naziri Ursula von der Leyen"İncirlik”dəki alman hərbçilərininİordaniyaya köçürülməsi üçün fəaliyyətə başlayıb. Qeyd edək ki, İncirlik hərbi bazası Türkiyənin Adana vilayəti ərazisində yerləşir və həm Suriyaya, həm də İraqa yaxındır.Türkiyə nəşrləri yazır ki, Almaniya XİN-i hazırda tələsik bütün tərəfləri qane edə biləcək qərar tapmağa çalışır.
Ötən gün isə Türkiyəyə səfər edən Almaniyanın xarici işlər naziri Siqmar Qabriel daha sərt bəyanat səsləndirib. O deyib ki, Almaniya Türkiyənin İncirlik bazasındakı 260 əsgərlik kontingentini bu ölkədən çıxaracaq. O,bu bəyanatı Ankarada türkiyəli həmkarıMövlud Çavuşoğluilə danışıqlardan sonra verib. Qabrielin baş nazir Binəli Yıldırımla görüşü baş tutmayıb, belə ki, əvvəlcədən planlaşdırılmasına baxmayaraq, Yıldırım bu görüşdən imtina edib. Siqmar Qabriel Ankara təmaslarında Almaniya parlamenti üzvlərinin İncirlik bazasına baş çəkməsi üçün Türkiyənin icazəsini almağa çalışırdı. Türkiyə isə Almaniya millət vəkillərinin İncirlik bazasına getməsinə razılıq vermir. Ekspertlər buna bir neçə səbəb göstərirlər. Bəzi şərhlərə görə, prezident Ərdoğan Almaniyada onun tərəfdarlarının referendum mitinqləri keçirməsinə icazə verilməməsindən hələ də acıqlıdır. Başqa mülahizələrə görə, Ankara Berlindən iyul çevrilişi şübhəlilərinin ekstradisiyasını tələb edib, amma Almaniya sığınacaq verdiyi Türkiyə vətəndaşlarını Ankaraya təslim etmək istəmir.
Qabriel mətbuat konfransında deyib ki, Çavuşoğlu alman deputatlara İncirlik bazasına gəlmək icazəsinin verilməməsini "daxili siyasətlə” izah edib. Almaniyanın İkinci Dünya Müharibəsindən sonra qəbul edilmiş konstitusiyasına görə, silahlı qüvvələr parlamentin tabeçiliyindədir.
Binəli Yıldırım isə Qabriellə görüşün ləğv olunmasını "sıx iş cədvəli” ilə əlaqələndirib.
Qabriel deyib ki, Ankara danışıqlarından sonra Berlinin qoşunları Türkiyədən çıxarmaqdan başqa yolu qalmır. İncirlik bazasındakı Almaniya kontingenti və döyüş təyyarələri ABŞ koalisiyasının İŞİD-ə qarşı mübarizəsində iştirak edir. Alman nazir deyib ki, Ankara və Berlin arasında fikir ayrılığının çözüləcəyinə ümid edir. Bununla belə, Qabrielin müavini, Angela Merkelin siyasi partiyasının üzvü olan Maykl Rot deyib ki, Almaniya və Türkiyə arasındakı fərqlər hələ bir müddət qalacaq. O deyib ki, Türkiyə yaxın gələcəkdə strateji və hərbi tərəfdaş kimi Almaniyanın yanında olmayacaq və Almaniyadan Türkiyəyə silahların verilməsi dərhal dayandırılmalıdır.
"İncirlik hərbi hava bazasından çıxıb-çıxmama qərarı tamamilə Almaniyaya aiddir. Bu qərara deyәcәk bir sözümüz yoxdur”. Bunu isə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib. Qeyd edək ki, bundan öncə açıqlama verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Konyadakı bazanın alman millət vəkillərinin ziyarəti üçün açılmasının mümkün olduğunu bildirmişdi.
Türkiyənin özündə isə başqa cür düşününlər artmağa başlayıb. "Türkiyə hökuməti özü alman əsgərlərini İncirlikdən çıxarmalı idi”. Bunu APA-nın Türkiyə bürosunaGaziantep müstəqil millət vəkili Ümid Özdağ deyib. "Siqmar QabrielinAnkarada Mövlüd Çavuşoğlu iləgörüşündən sonra Almaniya özəsgərləriniİncirlik hərbi bazasından çıxarmağıqərarlaşdırıb. Bu vəziyyət Türkiyə-NATOvə Türkiyə-Almaniya münasibətlərinin gələcəyinə necə təsir göstərəcək” sualını cavablandıran Ü.Özdağ deyib: "Bunun Türkiyə-NATOvə Türkiyə-Almaniya münasibətlərinin gələcəyinə əsaslı şəkildə təsir göstərəcəyini düşünmürəm”.Millət vəkili qeyd edib ki, PKK terror təşkilatı ilə mübarizə sahəsində Almaniya Türkiyəyə qarşı səmimi davranmır: "Odur ki, hökumət əvvəlcədən addım ataraq almanəsgərlərini oradan çıxarmalı idi. Türk torpaqlarında yerləşən hərbi bazadan Almaniya təyyarələri havaya qalxıb Suriyada İŞİD, PKK, PYD/YPG terror təşkilatları barədə kəşfiyyat materialları toplayır, özü istədiyi kimi istifadə edir, Türkiyəyə lazım olan heç bir məlumatı vermir. Bu vəziyyətdə almanların İncirlik bazasında qalmaları hansı müttəfiqliyə uyğun gəlir? Getmələrinin Türkiyəyə heç bir zərəri olmaz”.
Beləliklə, çox mürəkkəb bir durum yaranıb. Ən vacibi olan odur ki, Şimali Atlantika Alyansının iki qüdrətli üzvü arasında qarşıdurma Birləşmiş Ştatların da diqqət mərkəzindədir və Ağ ev heç bir halda münasibətlərin gərginləşməsinə yol verməyəcək.
Azər
banner

Oxşar Xəbərlər