• cümə, 26 Aprel, 10:46
  • Baku Bakı 12°C

Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib

04.06.14 18:47 950
Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib
Bu gün Bodrumda Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sədrlik etdiyi toplantıya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov və Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev qatılıblar.
Ə. Davudoğlu çıxışında bildirib ki, Türk Şurası qardaşlıq bağları üzərində qurulub: “İkinci vətəniniz olan Türkiyəyə xoş gəlmisiniz. Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısını keçiririk. Builki zirvənin əsas mövzusu turizmdir. Turizmə göstərdiyimiz diqqət yalnız iqtisadi məsələ ilə əlaqədar deyil. Biz turizmi eyni dili danışan, mədəniyyəti, adət-ənənələri eyni olan ölkələrimizin daha yaxınlaşması baxımından bir vasitə hesab edirik. Əsrlər boyu “İpək Yolu”nun bir parçası olmuşuq. Bəşəriyyət və xalqlar arasında əlaqələrin yaranması və inkişafında “İpək Yolu”nun böyük rolu olub”.
Ə. Davudoğlu müxtəlif dövlətləri olsa da, türk dilində danışanların eyni millət olduğunu vurğulayıb: “Bizim birliklərimiz heç bir bloka, heç bir millətə qarşı deyil, rəqabət məqsədi daşımır, əksinə əsrlərlə bir yerdə yaşamış xalqlarımızın tale birliyidir”.
Sonra toplantı qapalı davam etdirilib.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı sabah keçiriləcək.
banner

Oxşar Xəbərlər