AZE | RUS | ENG |

Türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir

Türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Qırğızıstan dövlətinin başçısı Sooronbay Jeenbekov Türk Akademiyasının prezidenti Darxan Kadırali ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Qırğızıstanla Türk Akademiyası arasında təhsil, elmi tədqiqatlar sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Sooronbay Jeenbekov Türk Akademiyasının xətti ilə ötən il böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsi və "Manas” eposunun populyarlaşması istiqamətindəki fəaliyyətinə görə Türk Akademiyasının prezidentinə minnətdarlıq edib. Dövlət başçısı deyib ki, akademiya türk dünyasının böyük şəxsiyyətləri, həmçinin türk dünyasının tarixi və mədəniyyəti ilə bağlı beynəlxalq konfrans, forum və seminarların keçirilməsi istiqamətində də fəal iş aparır. Sooronbay Jeenbekov vurğulayıb ki, türkdilli dövlətlər arasında mədəni-humanitar sahədə əlaqələrin genişləndirilməsi tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaradır.
Dövlət başçısı ümid etdiyini bildirib ki, bu ilin noyabrında Qırğızıstanda Yusif Balasaqunlunun 950 illiyi ilə bağlı konfrans yüksək səviyyədə keçəcək.
Darxan Kadırali Türk Akademiyasının fəaliyyəti haqqında ətraflı məlumat verib, yaxın perspektivdə qurumun xətti ilə həyata keçiriləcək layihələrdən danışıb. Türk Akademiyasının prezidenti türk tarixi və mədəniyyətinin daha dərindən öyrədilməsi və populyarlaşdırılması istiqamətində Qırğızıstanın təhsil və elm təşkilatları ilə daha geniş əlaqələr qurmağa hazır olduğunu bildirib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287