AZE | RUS | ENG |

Türk dünyasının ortaq maraqlarına xidmət

Türk dünyasının ortaq maraqlarına xidmət
TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasının Türkiyənin Kastamonu şəhərində qəbul etdiyi qərarlar bütün türk dünyası üçün uğurludur.

Bu fikri AZƏRTAC–a açıqlamasında Kastamonu şəhər bələdiyyəsinin sədri Tahsin Babaş TÜRKSOY-un Daimi Şurasının 36-cı iclasının qərarlarını şərh edərkən ifadə edib. 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını Kastamonu şəhəri üçün böyük faydalar gətirdiyini diqqətə çatdıran bələdiyyə sədri bu çərçivədə həyata keçirilən layihələrin əhəmiyyətini yüksək dəyərləndirib.

Bələdiyyə sədri qeyd edib ki, TÜRKSOY Daimi Şurasının 36-cı iclasının böyük Azərbaycan şairi Nəsiminin yaradıcılığının dünya birliyinə çatdırılması barədə qərarı türk dünyasının ortaq maraqlarını əks etdirir. TÜRKSOY-un gələcək fəaliyyətinə uğurlar arzulayan bələdiyyə sədri Kastamonudan Azərbaycana isti və səmimi salamlarını çatdırıb.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982