• cümə, 26 Aprel, 15:26
  • Baku Bakı 23°C

Turist: Festivalda milli rəqsləriniz çox xoşuma gəldi

12.11.18 10:30 568
Turist: Festivalda milli rəqsləriniz çox xoşuma gəldi
Bakı şəhərində işləyirəm. Eşitdim ki, Lənkəranda Çay, çəltik və sitrus festivalı keçirilir. Hindistan çayın vətəni olduğu üçün bu festivalda iştirak etməyi qərara aldım.
Bu sözləri Hindistan vətəndaşı Partha SaratiAZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
Göyçayda keçirilən Nar festivalında iştirak etdiyini, Lənkərana birinci dəfə gəldiyini vurğulayan hindistanlı turist daha sonra deyib: "Festivalda nümayiş olunan kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri, rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışları, xüsusilə, milli rəqsləriniz çox xoşuma gəldi. Dostlarımla yenidən Lənkərana gəlməyi düşünürəm”.
banner

Oxşar Xəbərlər