• çərşənbə, 24 Aprel, 15:35
  • Baku Bakı 27°C

TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib - FOTO

17.01.21 17:15 381
TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib - FOTO

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonundan sonra Füzuli rayonuna səfər edib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, əvvəlcə Şuşa yolunun tikinti işləri ilə tanış olan nümayəndə heyəti, daha sonra Füzuli şəhərinə gedərək ermənilərin 28 il talan edib, viran qoyduğuşəhərinin qalıqları ilə tanış olublar.
Vaxtilə şəhər mərkəzində yerləşən məscidin dağıntılarınabaxıblar.
banner

Oxşar Xəbərlər