• cümə, 26 Aprel, 15:44
  • Baku Bakı 23°C

TÜRKPA yeni baş katib seçdi

03.09.13 09:15 1378
TÜRKPA yeni baş katib seçdi
Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənovun fəaliyyəti başa çatıb və quruma artıq yeni baş katib seçilib. TÜRKPA – dan APA-ya verilən məlumata görə, yeni seçilən baş katib Qazaxıstandan olan diplomat Jandof Afanovdur.
Yeni baş katib fəaliyyətinə oktyabrın 1-dən etibarən başlayacaq. Hazırkı baş katib R. Həsənovun fəaliyyət müddətinin başa çatması münasibətilə sentyabrın 4-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşü də baş tutacaq.
Görüşdə TÜRKPA çərçivəsində Türkdilli dövlətlər arasında əməkdaşlıq, parlamentlərarası əlaqələr və TÜRKPA-nın son 5 illik fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, TÜRKPA 21 noyabr 2008-ci ildə Türkiyənin İstandul şəhərində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzaladığı Sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) I. plenar sessiyası keçirilib. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyamnaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir.
R.Həsənov Assambleyanın 29 sentyabr 2009-cu il tarixində Bakıda keçirilən ilk Plenar Sessiyasında 4 illik müddətə TURKPA-nın ilk baş katibi seçilib.
banner

Oxşar Xəbərlər