• cümə, 26 Aprel, 18:11
  • Baku Bakı 22°C

Trampın səfərinin təxirə salındığı təkzib edilib

11.06.17 19:20 1529
Trampın səfərinin təxirə salındığı təkzib edilib
Böyük Britaniya baş nazirinin dəftərxanası KİV-də ABŞ prezidenti Donald Trampın Londona planlaşdırılan səfərinin təxirə salınması barədə yayılan xəbəri təkzib edib.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniya baş nazirinin dəftərxanasının nümayəndəsi deyib ki, D. Trampın Böyük Britaniyaya dəvət olunması qüvvədədir və bununla bağlı planda hər hansı dəyişiklik yoxdur.
Qeyd edək ki. bu gün "The Guardian” qəzeti ABŞ prezidenti D. Trampın Böyük Britaniyaya dövlət səfərini qeyri-müəyyən müddətə təxirə salmağa qərar verdiyi, bu barədə telefon danışığı zamanı Böyük Britaniyanın baş naziri Tereza Meyə məlumat verdiyi barədə məlumat yayıb. D. Trampın səfərinin Böyük Britaniya cəmiyyətində mənfi reaksiyaya səbəb olacağından ehtiyat edərək belə bir qərar verdiyi iddia olunmuşdu.
banner

Oxşar Xəbərlər