AZE | RUS | ENG |

Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülə bilər

Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülə bilər
Birləşmiş Ştatların Rusiyadakı sabiq səfiri Maykl Makfol ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcəyini bəyan edib.
Trend-in məlumatına görə, M.Makfol bildirib ki, əgər Sinqapurda Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Inla keçirilmiş sammit Şimali Koreyanın nüvəsizləşdirilməsi haqqında sazişin imzalanmasına gətirib çıxarsa, D.Trampın Nobel mükafatına namizədliyini irəli sürəcək.
Qeyd edək ki, iyunun 12-də Sinqapurun Sentosa adasında ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.
D.Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi preosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In, öz növbəsində, imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798