• şənbə, 27 Aprel, 00:52
  • Baku Bakı 14°C

Trampın miqrasiya barədə fərmanı qüvvəyə minib

05.12.17 09:10 2513
Trampın miqrasiya barədə fərmanı qüvvəyə minib
ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qərar fərmana qarşı qaldırılan iddialara baxılanadək müvəqqəti olaraq qüvvədə qalacaq.
D. Trampın fərmanı İran, Liviya, Somali,Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur. Digər fərmanla D.Tramp Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub.
Beləliklə, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı icra olunacaq.
Qeyd edək ki, oktyabrın 17-də ABŞ-ınHavay ştatında federal hakim D.Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına qadağa qoyub.
banner

Oxşar Xəbərlər