• çərşənbə axşamı, 19 mart, 15:50
  • Baku Bakı 8°C

Putin: “Rusiya və ABŞ dünyada təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır” - Yenilənib

16.07.18 19:55 590
Putin: “Rusiya və ABŞ dünyada təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır” - Yenilənib
Rusiya və ABŞ prezidentləriVladimir Putinvə Donald Tramp arasında Helsinkidə keçirilən təkbətəkgörüşbaşa çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş 2 saat 10 dəqiqə davam edib.

Bundan sonra nümayəndə heyətlərinin iştirakı ilədanışıqlardavam etdirilib.
"Görüş açıq və işgüzar mühitdə keçdi. Bu gün həm Rusiya, həm də ABŞ digər təhlükələrlə üz-üzədir. İki nüvə nəhəngi kimi biz dünyadatəhlükəsizliyin təmin olunması işində məsuliyyət daşıyırıq. Hesab edirik ki, hərbi-siyasi və silahsızlanma məsələlərində birgə işləməyə hazırıq. Biz terrora qarşı birgə mübarizənin tərəfdarıyıq. Bizim xüsusi xidmət orqanlarımız bir yerdə işləyir və çox uğurlu işləyir”. Bunu ABŞ prezidenti ilə görüşdən sonra keçirilən birgə brifinqdə Rusiya prezidentiVladimir Putinbəyan edib.

O qeyd edib ki, görüşdə regional böhranlar bağlı müzakirələr də aparılıb: "Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşmür. Lakin mövqelərimizin üst-üstə düşdüyü məsələlər də var. Rusiya və ABŞSuriyaməsələsində təşəbbüsü öz əlinə ala və qaçqınların öz doğma evlərinə qayıtmasına kömək edə bilər. Ukrayna böhranına diqqət ayırdıq. Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyi qeyd olunub. İki ölkə arasında ticarət-iqtisadi əlaqələri müzakirə etdik. Prezident Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı məsələni xatırlatdı. Mən bir daha qeyd etdim ki, Rusiya hökuməti heç vaxt ABŞ-da seçkilərə müdaxilə etməyib. Biz ilk tam formatlı görüşümüzdən razıyıq. Ümid edirəm ki, biz bir-birimizi daha yaxşı başa düşməyə başlamışıq”.
ABŞ prezidenti Donald Tramp isə bildirib ki,açıq və məhsuldar dialoq olub: "Dialoq təkcə ABŞ üçün deyil, həm Rusiya, həm də bütün dünya üçün yaxşıdır. Bugünkü görüş uzun prosesin başlanğıcıdır".

Tramp rusiyalı həmkarı ilə İrana təzyiq göstərilməsi məsələsini müzakirə etdiyini söyləyib: "Suriyaməsələsini müzakirə etdik. Bu çox çətin məsələdir. ABŞ imkan verməyəcək ki, İran İŞİD-ə qarşı uğurlu kampaniyamızdan istifadə etsin".
banner

Oxşar Xəbərlər