• cümə, 26 Aprel, 08:14
  • Baku Bakı 12°C

Tramp G 7 ölkələrinin bəzi liderlərinə qarşı kobudluq edib

16.06.18 12:01 628
Tramp G 7 ölkələrinin bəzi liderlərinə qarşı kobudluq edib
ABŞ prezidenti Donald Tramp G 7ölkə rəhbərlərinə qarşı kobudluq edib.
APA-nın"Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, Kanadada baş tutan "G7” sammitində Tramp bir neçə dəfəAvropa İttifaqıKomissiyasının sədri Yan-Klaud Yunkeri "qəddar cinayətkar” adlandırıb.
Bundan başqa, qeyd olunub ki, Tramp nəzakətli şəkildə Yunkeri Amerikan istehsalçılarına qarşı Aİ-nin tətbiq etdiyi cərimlərə görə "qətl”də günahlandırıb.
Tramp terrorizmlə mübarizə məsələsinin müzakirəsi zamanı isə Fransa prezidenti Emmanuel Makrona üz tutaraq "Bütün terrorçular Parisdədir”, deyib. Makronun da bu vəziyyətdən xəbərdar olduğunu, məsələni qulaqardına vurduğunu bildirib.
Bildirilib ki, Sammit zamanı həmçinin Yaponiyanın baş naziriSindzo Abedə Trampın "qurbanı"na çevrilib. Miqrant böhranı problemininmüzakirəsi zamanı Tramp deyib ki, Tokio üçün bu problem aktual deyil: "25 milyon meksikalı göndərə bilərəm vəsən tezliklə postunu itirərsən”.
Sammit sonrası, Tramp "Twitter"də qeyd edib ki, Kanada baş naziri Castin Trudeaunun yalan açıqlamalarına görə, sammitin sonunda qəbul edilənyekun bəyanatın ABŞ tərəfindən imzalanmamasına dair tapşırıq verib.
banner

Oxşar Xəbərlər