• şənbə, 27 Aprel, 08:10
  • Baku Bakı 12°C

Tramp Əsəd ordusunun aviabazasına raketlərin buraxıldığı gəminin komandirinə şəxsən təşəkkür edib

10.04.17 11:30 914
Tramp Əsəd ordusunun aviabazasına raketlərin buraxıldığı gəminin komandirinə şəxsən təşəkkür edib
ABŞ prezidenti Donald TrampSuriyaordusunun Şayrat aviabazasına raketlərin buraxıldığı "Porter" gəmisinin komandiri Andria Slouya şəxsən təşəkkür edib.
APA-nın məlumatına görə, bu barədə Ağ evin mətbuat katibi Şon Spayser "Twitter" səhifəsində yazıb. O bildirib ki, prezident komandirə zəng edib, onu həm təbrik etməklə yanaşı, təşəkkürünü çatdırıb.
Qeyd edək ki, aprelin 4-dəSuriyaaviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb.
Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub, bir neçə təyyarə sıradan çıxıb.
banner

Oxşar Xəbərlər