Tramp Consonla

Tramp Consonla "Brexit"i müzakirə edib

Siyasət
20 Avqust 2019, 09:51 5968
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
Məlumatda bildirilir: "Baş nazir Conson prezidenti "Brexit" haqqında məlumatlandırıb".
Qeyd edilir ki, D.Tramp B.Conson ilə Fransada keçiriləcək G7 sammitində görüşü səbirsizliklə gözləyir.

Bildirilir ki, tərəflər həmçinin ticarəti və iqtisadiyyatı müzakirə ediblər.