• cümə, 26 Aprel, 14:55
  • Baku Bakı 23°C

Tramp: “Ağıllı olmasaq, hər şey daha pis olacaq”

04.06.17 17:43 1518
Tramp: “Ağıllı olmasaq, hər şey daha pis olacaq”
Dünən Londonda baş verən terror aktlarına münasibət bildirən ABŞ prezidenti Donald Tramp təhlükəsizlik məsələləri ilə bağlı siyasi korrektlərə son qoymağın zamanı çatdığını bəyan edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp bunu "Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
D. Tramp deyib ki, siyasi korrektləri dayandırmaq, ölkə vətəndaşlarının təhlükəsizliyinin təşkili ilə məşğul olmaq lazımdır: "Əgər biz ağıllı olmasaq, hər şey daha pis olacaq”.
banner

Oxşar Xəbərlər