• şənbə, 27 Aprel, 07:49
  • Baku Bakı 12°C

TQDK-nın yeni ünvanı bəlli oldu

20.11.14 14:56 1335
TQDK-nın yeni ünvanı bəlli oldu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün yeni bina tikiləcək. Lent.az-ın əldə etdiyi məlumata görə, Komissiyanın yeni binası TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcək. Belə ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.
Yeni bina tikilənə qədər isə TQDK Patamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.
banner

Oxşar Xəbərlər