• şənbə, 27 Aprel, 00:34
  • Baku Bakı 14°C

Tovuzda saxlanılan erməni bu gün təhvil veriləcək

04.03.14 11:50 1347
Tovuzda saxlanılan erməni bu gün təhvil veriləcək
Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.
O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə həmin şəxsin bu gün Ermənistan tərəfinə verilməsi gözlənilir.
Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.
banner

Oxşar Xəbərlər