• cümə, 26 Aprel, 09:09
  • Baku Bakı 12°C

Tokay Məmmədovla vida mərasimi keçirilir

03.05.18 12:45 752
Tokay Məmmədovla vida mərasimi keçirilir
Təzə Pir məscidində xalq rəssamı, görkəmli heykəltəraş Tokay Məmmədovla vida mərasimi başlayıb.
APA-nın məlumatına görə, vida mərasimində mədəniyyət və ictimaiyyət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edir.
Saat 12:00-dan 14:00-dək davam edəcək vida görüşündən sonra görkəmli sənətkarın cənazəsi torpağa tapşırılmaq üçün II Fəxri Xiyabana aparılacaq.
Tokay Məmmədov mayın 2-də 91 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
O, bir çox heykəllərin və qəbirüstü abidələrin, o cümlədən, Nəsimi, MəhəmmədFüzuli, Məşədi Əzizbəyov, Üzeyir Hacıbəyov, Koroğlu və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir.
banner

Oxşar Xəbərlər