• cümə, 26 Aprel, 07:12
  • Baku Bakı 12°C

Timur Əsgərov “Bayaderka” baletində Solor rolunda çıxış edəcək

27.05.17 12:45 1717
Timur Əsgərov “Bayaderka” baletində Solor rolunda çıxış edəcək
İyulun 13-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Lüdvik Minkusun "Bayaderka” baleti nümayiş etdiriləcək.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Solorun partiyasını gənc balet artisti Timur Əsgərov ifa edəcək.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
banner

Oxşar Xəbərlər