• cümə, 26 Aprel, 12:33
  • Baku Bakı 23°C

Tereza Mey Mühafizəkar Partiyasının lideri postunu tərk edəcək

07.06.19 09:45 398
Tereza Mey Mühafizəkar Partiyasının lideri postunu tərk edəcək
Tereza Mey Böyük Britaniyanın hakim partiyası olan Mühafizəkar Partiyasının lideri vəzifəsini tərk edəcək.
Trend-in məlumatına görə, buna baxmayaraq T.Mey Birləşmiş Krallığın baş naziri vəzifəsini icra etməyə davam edəcək.
62 yaşlı siyasətçi postunu tərk etməsi haqqında qərarı mayın sonunda elan edib. Belə addıma səbəb Britaniya parlamenti vasitəsilə Brexit-in şərtləri barədə Avropa Birliyi ilə razılığın əldə edilməməsi olub.
Qeyd edək ki, siyasətçi öz postunu 2016-cı ilin iyunundan tutub. T.Mey Mühafizəkar Partiyasına 1061 gün müddətində liderlik edib.
banner

Oxşar Xəbərlər