• cümə, 26 Aprel, 08:40
  • Baku Bakı 12°C

Təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb

23.05.18 20:00 727
Təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevBakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər