AZE | RUS | ENG |

Tarix və müasirliyin çulğalaşdığı şəhər

Tarix və müasirliyin çulğalaşdığı şəhər
Dünyaca məşhur “Inews” portalı Avropa Liqasının final oyunu ərəfəsində Bakıdan yazdı

Avropa Liqasının finalı ərəfəsində Qərb kütləvi informasiya vasitələri öz izləyicilərinə Azərbaycan paytaxtında vaxtlarını necə keçirmək barədə məsləhətlərini verməkdədir. Növbəti məqaləni "Inews” portalı dərc edib. "Baku sity guide: What to do in Azerbaijan for the Europa Leqagie final”
adlanan məqaləni Rusiyanın "Vestnik Kafkaza” saytı təqdim edib. Müəllif yazır ki, əgər siz Avropa Liqasının oyununu izləmək üçün Bakıya gəlməyə hazırlaşırsınızsa, bir müddət bu qeyri-adi, tarix və müasirliyin çulğalaşdığı bu şəhərdə qalmağa çalışın. Azərbaycan paytaxtı sizləri qədim abidələri ən məşhur memarların inşa etdikləri müasir binaları ilə heyrətləndirəcək.
Son illər ərzində Azərbaycan paytaxtı populyarlaşıb və xeyli sayda tədbirlərə ev sahibliyi edib: "Avrovizion” yarışmasından tutmuş "Formula 1” yarışlarına kimi... Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda İngiltərənin "Çelsi” və "Arsenal” komandaları mübarizə aparacaq. Xüsusi hallarla yanaşı, məhz yaz ayları Bakını ziyarət etmək üçün ən yaxşı vaxtdır. Şəhərin enerjisi ən parlaq şəkildə məhz mayda hiss olunur. Mayın 28-də Azərbaycan Respublika gününü qeyd edir. "azerbaijan.travel” saytında sizin şəhərdə olacağınız müddətdə planlaşdırılan tədbirlərlə tanış ola bilərsiniz. İyun ayından avqusta kimi şəhərdə çox isti olur, qışda isə qar demək olar ki yağmır. Bu səbəbdən də mövsümlərarası gəlmək məsləhətdir. Azərbaycana gəlmək üçün Böyük Britaniya vətəndaşlarına elektron vizanı hazırlamaq gərəkdir. Bunun qiyməti isə 16 funt-sterlinqdir, əlavə olaraq sənədləşmə üçün evisa.gov.az saytında 2,50 funt ödəməli olursunuz. Bütün bu proses isə cəmi bir həftə çəkir.
Sahil Hotel & Hostel – Bakıda qalmaq üçün ən gözəl yerlərdən biridir. Onun pəncərəsindən məşhur "Alov qülləsi”nə gözəl mənzərə açılır. Xəzər dənizi, Fəvvarələr meydanı və İçərişəhərə piyada bir neçə dəqiqəyə getmək mümkündür. Ümumi otaqlar 8, ikinəfərlik ümumu hamamla təchiz olunan yerlər isə qidasız 27 funtdur. Shalimar butik oteli isə yerləşmək üçün əsas görməli yerlərin yanında yerləşdiyindən ən ideal yer hesab edilir. Nömrələrdən bağa mənzərə açılır, otel Bakının Fəvvarələr meydanında, şəhərin gecə həyatından elə də uzaqda yerləşmir. İki yerlik otaqlar qidasız 50 funtdur. Bundan əlavə, şəhərdə dəbdəbəli otellər də var. Onlardan ən məşhuru isə Fairmont otelidir. "Alov qülləsi”nin mərkəzində yerləşən oteldəki nömrələr işgüzar stildə düzəldilib, Xəzər dənizinə gözəl mənzərələr açılır. Oteldə spa kompleks də var. İki nəfərlik nömrələr qidasız 200 funtdan başlayır.
Məqalədə qeyd edilir ki, Heydər Əliyev adına aeroportdan taksi ilə şəhərə 25 dəqiqə ərzində 24 manata (11 funt) çatmaq olur. Bundan əlavə, Airport Express avtobusu hər saatdan bir hərəkət edir. Onunla mərkəzə 30 dəqiqəyə çatmaq mümkündür, qiyməti isə 1 manat 50 qəpik - 69 pensdir. Biletləri aeroport köşklərindən 2 manata (92 pens) BakuCard vasitəsilə almaq mümkündür. Ondan şəhər nəqliyyatında da istifadə etmək olur. Avtobusda gediş haqqı isə 30 qəpikdir (13 pens). Metro ilə daha tez çatmaq olur. Şəhərin əsas görməli yerləri yanaşı yerləşib – Alov qülləsi və Milli Parka taksi və yaxud funikulyorla çatmaq mümkündür. Səhərinizi YENESKO-nun himayəsi altında olan İçərişəhərə gəzməklə başlasanız yaxşıdır. Səhər erkən ora getməklə siz sakit atmosferlə üzləşəsiniz. Sehirli Tendir kafesində ənənəvi Azərbaycan səhər yeməyi – qiyməti dörd manat olan (1,85 funt) pomidor-yumurta çığırtmasını dadmanız da məsləhətdir.
Bakının ən yaxşı mağazalarını piyada "Torqovı” adlanan Nizami küçəsində tapmaq olar. Uzunluğu 3,5 km olan bu küçə Fəvvarələr meydanından başlayır. Burada suvenirlərdən tutmuş dizayn brendlərinə kimi hər şeylə tanış olmaq mümkündür. Möhtəşəm MUM Bakıda sovet dövründən qalan ən iri univermaqdır. Klassik Azərbaycan suveniri - çay dəstgahını burada 26 manata (12 funt) almaq mümkündür. Xalça muzeyində ölkənin məşhur xalçaları ilə tanış olmaq mümkündür. Muzeyin xarici görkəmi bükülmüş xalçanı xatırladır və bir memarlıq şedevridir. Muzeyə giriş 7 manatdır (3,25 funt). Digər bir arxitektura abidəsi Heydər Əliyev Mərkəzidir. Dünya şöhrətli memar Zaha Hadid tərəfindən inşa edilən binanın sahəsi 57500 kv.metrdir. Bütün beynəlxalq sərgilər, o cümlədən baletlər burada keçirilir. Mərkəzə giriş 5 manatdır. Azərbaycanda şərabçılıq çiçəklənməkdə olan bir mədəniyyətdir və bütün ölkə boyu üzümün endemik növləri yetişdirilir. Məqalədə qonaqlara İçərişəhərdə Kefli Local Wine & Snacks kafesində qiyməti 4 manat (1,60 funt) olan bir stəkan şərab içmək tövsiyə edilir. Şüşə şərab isə 20 manatdır (9 funt).
Fəvvarələr meydanında "Nərgiz” restoranı ənənəvi Azərbaycan mətbəxi və dekoru üzrə ixtisaslaşıb. İçəridə bir neçə otaq var və canlı musiqi səslənir. Burada siz YUNESKO-nun qeyri-maddi mədəni irsi sırasına daxil olan dolmadan dada bilərsiniz.
Bazar günü səhər Xəzər dənizinin sahili boyu küləkli yerdə gəzmək məsləhətlidir. 3 km-lik Bakı bulvarında gəzməklə şəhərin bir neçə gözəl tikililəri ilə tanış ola bilərsiniz. 1959-cu ildə inşa edilən "Mirvari” kafesinə də mütləq baş çəkin. Sonra isə şəhərin gözəl mənzərəsi ilə tanış olun. Sahilə döndükdə Bakı mənzərəsini çarxla (Şeytan çarxı da adlandırılır) gəzməklə müşahidə edin. Oradan şəhərə fantastik mənzərə açılır. Giriş beş manat (2,30 funt) təşkil edir.
Ötən il Rea Cafe binası yeniləndikdən sonra şəhərin ən dəbli kafelərindən birinə çevrilib. Onun sahibləri burada ən müxtəlif tədbirlər keçirir – kokteyl axşamlarından tutmuş aeropress üzrə müxtəlif çempionatlar. Ən populyar yemək- burgerin qiyməti 8 manat (3,70 funt) təşkil edir
Gediş haqqı 1 manat olan (46 pens) funikulyorla Bəhram Gurun heykəli önündən Dağüstü parka qalxmaq mümkündür. Burada siz Xəzər dənizi və "Alov qülləsi”nin heyranedici mənzərəsi ilə tanış ola bilərsiniz. Parkda maraqlı arxitektura abidələri və əbədi məşəli görmək mümkündür.
Məqalədə qeyd edilir ki, Bakıdakı Mərkəzi Botanika bağında dünyanın müxtəlif ölkələrindən gətirilmiş 200-dən artıq ağac, bitki var. Bağa girişin qiyməti 1 manatdır. Sonda isə yerli sakin Valeriya Valilulinanın fikirləri verilib. "Məni ən çox diqqətimi cəlb edən Bakı teleqülləsindən açılan mənzərədir. Yaxınlıqda bir neçə sal qaya parçalarından şəhərə gözəl mənzərə açılır”, - deyə məqalə onun fikirləri ilə başa çatır.
 
Hazırladı: Azər NURİYEV
 
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933