• cümə, 26 Aprel, 06:56
  • Baku Bakı 12°C

Tanınmış şairə dünyasını dəyişib

22.06.15 13:02 1857
Tanınmış şairə dünyasını dəyişib
Azərbaycanın tanınmış şairlərindən Zivər Ağayeva dünyasını dəyişib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, Z. Ağayeva bir müddətdir xəstəlikdən əziyyət çəkirmiş.
Z. Ağayeva ilə vida mərasimi Bilgəhdə keçiriləcək və mərhum bu gün Bilgəh kəndiqəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Z. Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirib, "Azərbaycan qadını" jurnalında işləyib. Müəllif “Özün seç, özün bəyən”, “İlk baharda gəlmişəm” və s. kitabların müəllifidir.
Onun sözlərinə bəstələnən mahnıları Flora Kərimova və başqa bir çox tanınmış müğənni ifa edib.
banner

Oxşar Xəbərlər