• cümə axşamı, 02 may, 01:22
  • Baku Bakı 15°C

Taleh Ziyadov: “10-20 ildən sonra Ələt qəsəbəsi Bakının Cəbəl Əlisi olacaq”

05.11.16 14:31 1595
Taleh Ziyadov: “10-20 ildən sonra Ələt qəsəbəsi Bakının Cəbəl Əlisi olacaq”
ABŞ-ın tanınmış "Forbes” jurnalı "Avrasiyanın yeni qovşaqlarına diqqətli baxış: Azərbaycanın yeni Bakı Limanı” başlıqlı geniş məqalə dərc edib.

"APA-Economics”in məlumatna görə, müxbir Vade Shepardın (Wade Shepard) müəllifi olduğu məqalədə qeyd olunur ki, Bakıdan 65 kilometr cənubda və Ələt qəsəbəsinin 20 kvadratkilometrlik ərazisində yerləşən yeni Bakı Limanı böyük planlar qovşağıdır. V. Shepardın sözlərinə görə, yeni Bakı Limanı və Azad Ticarət Zonası (ATZ) Yeni İpək Yolu boyunca Çindən Avropaya qədər uzanan və bir çox inkişaf edən iqtisadiyyatları birləşdirən mühüm məntəqə olacaq.

"Avrasiyanın tam mərkəzində yerləşən Azərbaycan 2000-ci illərdən etibarən yeni nəqliyyat və infrastruktur layihələrin icrasına başlayıb və bu siyasətin bir hissəsi olaraq yeni geniş yollar, dəmir yolları və körpülər tikilir. 2007-ci ildə isə Bakı Limanının ölkənin əsas nəqliyyat qovşaqlarından olan Ələt qəsəbəsinə köçürülməsi qərarı verilib”, - deyə məqalədə vurğulanıb.

"Forbes” jurnalında qeyd olunub ki, bununla da ölkədə geniş miqyasda iqtisadi diversifikasiyaya başlanılıb və Ələtdə xüsusi hüquqi rejimin əhatə edəcəyi Xəzər dənizinin müasir limanı, yol və dəmir yolu terminalı, eləcə də azad ticarət zonasının qurulmasına start verilib.

Jurnala müsahibə zamanı Kembricdə təhsil almış "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib ki, bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Biz Bakı Limanını yalnız liman kimi görmürük. Biz inanırıq ki, qeyd olunan layihə yalnız Azərbaycanın qeyri-neft sektoru və iqtisadi diversifikasiyası üçün deyil, bütün regionun transformasiyasına töhfə verəcək”.

Müəllif vurğulayıb ki, hal-hazırda TRACECA layihəsi çərçivəsində yeni Bakı Limanı və Azad Ticarət Zonası Avropanı Çin və Mərkəzi Asiya, eyni zamanda Rusiyanı Yaxın Şərq və Hind Okeanı ilə birləşdirən qovşaq qismində çıxış edir. "Lakin planlar daha da genişdir və liman "hub of hubs” (qovşaqların qovşağı) kimi Rusiya, İran, Avropa, Mərkəzi Asiya, Qafqaz və Çini birləşdirən məkana çevrilməyə cəhd edir”, - deyə məqalədə vurğulanıb.

Məqalədə o da qeyd olunub ki, keçmişdə olduğu kimi Avrasiya regionu boyunca Qazaxıstanın Korqos və Aktau, Gürcüstanın Anaklia, İranın Bəndər Abbas, Polşanın Terespol, Çinin Çongqin, Çhenqdu və Lanjou şəhərləri yeni istehsalat, ticarət və logistika mərkəzlərinə çevrilirlər. Qeyd olunan məkanlar üçün aydın inkişaf modeli kimi Birləşmiş Ərəb Əmirliklərinin Cəbəl Əli Azad Ticarət Zonası (JAFZA) çıxış edir.

"10-20 ildən sonra Ələt qəsəbəsi Bakının "Cəbəl Əlisi olacaq. Hal-hazırda şəhərdə 10-12 min insan yaşayır. Lakin tam aydındır ki, liman ətrafında qurulacaq ATZ ilə burada çox sayda iş yerləri, yeni evlər, yeni bizneslər və ATZ-nin təsir etdiyi digər müsbət proseslər cərəyan edəcək ki, bu da Ələti Bakı şəhərinin sputnikinə çevirməklə yanaşı, Mərkəzi Avrasiyanın müasir və tam təminatlı bir məkanına transformasiya edəcək”, - deyə T. Ziyadov bildirib.

Məqalədə vurğulanıb ki, bu ilin sentyabr ayında JAFZA-nı idarə edən DP World şirkəti Bakı Limanı ilə müqavilə imzalayaraq ATZ-nin qurulmasında məsləhətçi qismində çıxış edir: "Bu kifayət qədər məntiqli addımdır, çünki adı çəkilən şirkət Yeni İpək Yolu boyunca "JAFZA tipli” vacib ATZ-lərin qurulmasına cəlb olunub. Bu tipli layihələrdən biri də DP World tərəfindən Çin və Qazaxıstan sərhədində ərsəyə gətirilən Korqos Xüsusi İqtisadi Zonadır”.

V. Şepard qeyd edib ki, bu günə kimi Xəzər dənizi hövzəsini keçməklə 19 yük qatarı Çindən Avropaya yola salınıb. O əlavə edib ki, bu yolla daşınan yük 15 gün ərzində dənizlə daşımadan 2-3 dəfə tez çatdırılır və eyni zamandahavadaşımaları ilə müqayisədə əhəmiyyətli dərəcədə ucuzdur.

"Limanın baş planı 135 illik təcrübəsi olan Hollandiyanın Royal Hiskoni şirkəti tərəfindən hazırlanıb və ilkin mərhələdə ATZ liman ətrafında 400 hektarlıq ərazidə inkişaf edəcək.

Əsas məntiq Avropa və Çin arasında olan böyük bazarda regional istehsal sahələrini Bakıya gətirməkdir. Əsas məqsəd neft-kimya, əczaçılıq, kənd təsərrüfatı və sair sahələrdə regional istehsal və distribusiya mərkəzinin yaradılmasıdır. Bununla da Qərbi Avropanın daxilində və Çinin dəniz boyunca çoxlu istehsal sahələri Bakıya keçmiş olacaq. Yeni Bakı Limanı isə ticarət dövriyyəsinin artması nəticəsində 2020-ci ilə bir milyon konteyner və 25 milyon ton yükün aşırılması potensialında olacaq”, - deyə məqalə müəllifi vurğulayıb.
banner

Oxşar Xəbərlər