Tacikistan prezidentinin Azərbaycana səfərinin vaxtı açıqlanıb
Tacikistan prezidenti Emomali Rahmonun Azərbaycan səfərinin tarixi açıqlanıb.
APA-nın məlumatına görə, səfər avqustun 9-na planlaşdırılır.
Bildirilir ki, Tacikistan prezidentinin Azərbaycana səfəri çərçivəsindəiki ölkə arasında bəzi sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, avqustda Tacikistan prezidenti E.Rahmonun Özbəkistan və Türkmənistana da səfəri planlaşdırılıb.