• cümə, 26 Aprel, 08:22
  • Baku Bakı 12°C

Tacikistan parlamentinin sədri: “Bir çox çağırışların cavabını multikulturalizmdə axtarmalıyıq”

29.09.16 12:55 847
Tacikistan parlamentinin sədri: “Bir çox çağırışların cavabını multikulturalizmdə axtarmalıyıq”
"Şadam ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

APA-nın məlumatına görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov deyib.

O qeyd edib ki, multikulturalizm mürəkkəb məsələlərin həllində vacib amillərdən birinə çevrilib. "Multikulturalizm problemi o zaman yaranır ki, bir çox insanlar gəldiyi ölkədə qalmaq istəyir. Multikulturalizm dəyərlərini inkişaf etdirməliyik. Tarixən Şərqdə də müxtəlif dinlər və mədəniyyətlərin nümayəndələri bir arada yaşayıb. Tacikistan da böyük tolerantlıq ənənələrinə malik bir ölkədir”.

Ş. Zuxurov bildirib ki, tolerantlıq Tacikistanın daxili və xarici siyasətinin əsas hissəsidir. "Tacikistanın təcrübəsi beynəlxalq ictimaiyyət üçün bir nümunədir. Müxtəlif xalqların bir ölkədə yaşaması artıq onların həyatının tərkib hissəsinə çevrilib. Biz bir çox çağırışların cavabını multikulturalizmdə axtarmalıyıq".
banner

Oxşar Xəbərlər