Date: 28 Sentyabr 2018, 16:25,
Oxunma sayı: 248

Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Gecənin aparıcısı Azərbaycan Yazıçılar birliyinin katibi, yazıçı-publisist İlqar Fəhmi Azərbaycan musiqisində muğamların rolundan, "Şur" gecəsinin əhəmiyyətindən söhbət açaraq, Fəraməz Gərmrudinin müəllifi olduğu "Şur muğamından rəng və təsniflər" adlı not kitabı haqqında danışıb.
Gecədə Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru Ramil Qasımov, Xalq artisti Ağacəbrayıl Abasəliyev, Əməkdar artist Elşən Mansurov çıxış edərək Fəraməz Gərmrudi və onun "Könül" ansamblı haqqında fikirlərini bölüşdülər.
Daha sonra "Könül" ansamblının müşayiəti ilə Xalq artistləri Aygün Bayramova, Gülyanağ Məmmədova , Əməkdar artist Ehtiram Hüseynov Fəraməz Gərmrudinin M.H. Şəhriyarın sözlərinə bəstələdiyi əsərləri ifa ediblər.

