AZE | RUS | ENG |

Sumqayıt, Gəncə və Abşeronda 8000-dən çox uşaq I sinfə qəbul edilib

Sumqayıt, Gəncə və Abşeronda 8000-dən çox uşaq I sinfə qəbul edilib
Sumqayıt, Gəncə şəhərləri və Abşeronda rayonunda məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.
 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, bu, həmin şəhərlər və rayon üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. 
 
Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim də avtomatik seçilib.

Qeyd edək ki, bu gündən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird  qəbuluna start verilib. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı 12 martdan 15 sentyabradək davam edəcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176