• cümə, 26 Aprel, 04:47
  • Baku Bakı 16°C

Su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsinə 3,73 milyon manat ayrılıb

28.12.17 12:15 634
Su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsinə 3,73 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevBakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındasərəncam imzalayıb.
APA-nın məlumatına görə, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan RespublikasıPrezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,73 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər