• cümə, 26 Aprel, 20:19
  • Baku Bakı 22°C

Sona Vəliyevanın kitabı Serbiyada təqdim edilib

30.09.19 13:33 779
Sona Vəliyevanın kitabı Serbiyada təqdim edilib
Belqrad Universitetinin Filologiya fakültəsində, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində ölkəmizin Serbiyadakı səfirliyinin və Serbiya Yazıçılar Assosiasiyasının təşkilatçılığı ilə Sona Vəliyevanın "Bu dünya görüş yerimiz” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə oxucular, səfirlik nümayəndələri və Serbiyanın tanınmış şair və yazıçıları iştirak edib.
Tədbirdə Duşko Petroviç, Milan Mixayloviç, Radomir Andriç, Nina Simiç, Tehran Şükürov, Eldar Həsənov, Zərifə Əlizadə, Əjdər Ol və Fərid Hüseyn çıxış edərək Sona Vəliyevanın həyat və yaradıcılığından danışıblar.

Ümumilikdə S.Vəliyevanın yaradıcılığı haqqında dörd məruzə dinlənilib. Sonda şairin şeirləri serb dilində səsləndirilib və kitabları oxuculara hədiyyə edilib. Xatırladaq ki, kitabın tərcüməçisi Nina Simiçdir.


banner

Oxşar Xəbərlər