AZE | RUS | ENG |

Siyavuş Novruzov: "Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb"

Siyavuş Novruzov:
Ermənistan özünü müstəqil dövlət elan etsə də elə deyil, hansısa dövlətin yedəyində gedir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə deyib.
S.Novruzov qeyd edib ki, Ermənistan özü nə xarici, nə də daxili siyasətində müstəqil addım ata bilmir: "Aparılan tədqiqatlar göstərir ki, ildə 100 mindən artıq insan Ermənistanı tərk edir, heç bir müəssisə və təşkilat işləmir, sosial vəziyyət acınacaqlıdır. Eyni zamanda siyasi rəhbərlikdə qarşıdurmalar var. Regionlararası münasibətlər də bir-birinə qarışıb. Bu baxımdan Ermənistanda seçki öncəsi verilən vədlərin heç 1 %-i də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək".
Komitə sədrinin sözlərinə görə, Ermənistanda peşəkar siyasətçilər yoxdur: "Populizmlə heç bir məsələni idarə etmək olmaz. Ortada real iş olmalıdır. Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə də Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir".
S.Novruzov qeyd edib ki, Ermənistanda orduda qarşıdurma var və bu daha da dərinləşib: "Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideynlər öz uşaqlarını Azərbaycanın işğal altında olan torpaqlarında xidmət etməyə göndərmir. Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933