• şənbə, 27 Aprel, 05:24
  • Baku Bakı 14°C

Şimali və Cənubi Koreya liderləri sentyabrda Pxenyanda görüşəcəklər

13.08.18 18:15 358
Şimali və Cənubi Koreya liderləri sentyabrda Pxenyanda görüşəcəklər
Koreya Respublikasının Prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In sentyabrda Pxenyanda görüşəcəklər.
AZƏRTACxəbər verir ki, bu barədə razılıq iki ölkənin yüksəkvəzifəli şəxslərindən ibarət nümayəndə heyətlərinin demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində keçirilən görüşündə əldə olunub. Hələlik görüşün dəqiq tarixi məlum deyil.
Qeyd edək ki, bu, Cənubi Koreya Prezidenti Mun Ce-in və Şimali Koreya lideri Kim Çen In arasında cari ildə baş tutan üçüncü görüş olacaq.
banner

Oxşar Xəbərlər