• şənbə, 27 Aprel, 08:29
  • Baku Bakı 12°C

Si Cinpin: Çin Şanxay Əməkdaşlıq Təşkilatının media forumunun keçirilməsini istəyir

11.06.17 15:48 1669
Si Cinpin: Çin Şanxay Əməkdaşlıq Təşkilatının media forumunun keçirilməsini istəyir
Çin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyi dövründə üzv ölkələr arasında media sahəsində əməkdaşlığı dərinləşdirmək üçün qurumun birinci media forumunu keçirmək istəyir. Bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Astanada ŞƏT-in sammitində çıxışında deyib.
Si Cinpin bundan başqa, Çinin sədrliyi dövründə terrorizmə qarşı birgə kiber təlimlərin təşkil edilməsini təklif edib.
ÇXR sədri ölkəsinin ŞƏT-in katibliyinin fəaliyyəti üçün əlavə olaraq 10 milyon yuan (1,47 milyon ABŞ dollar) ayıracağını da bəyan edib.
Qeydə edək, Astana sammitindən sonra Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qazaxıstandan Çinə keçib. Astana sammiti qurumun yaranandan sonra ilk dəfə olaraq yeni üzvlər qəbul etməsi ilə tarixə düşüb. Pakistan və Hindistan təşkilata tam üquqlu üzv qəbul olunublar. Bununla da ŞƏT əhalisinin sayına və ərazisininə görə dünyada ən böyük regional təşkilata çevrilib.
Azərbaycanın dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunduğu ŞƏT-in növbəti sammiti gələn ilin iyununda təşkil olunacaq.
banner

Oxşar Xəbərlər