• şənbə, 27 Aprel, 08:06
  • Baku Bakı 12°C

Şeyxülislam Polad Bülbüloğlunu təbrik edib

05.02.15 09:46 949
Şeyxülislam Polad Bülbüloğlunu təbrik edib
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə görüş keçirib.
APA-nın məlumatına görə, görüş zamanı Allahşükür Paşazadə 70 illik yubileyi münasibətilə P.Bülbüloğlunu təbrik edərək bildirib ki, o, yaşından xeyli cavan görünür.
Şeyx P.Bülbüloğlunun xidmətlərini xatırladaraq deyib ki, o, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında misilsiz xidmətlər göstərib: “Mən sizin yaşınızı hallandırmaq istəmirəm, amma deyə bilərəm ki, həddi-buluğa hələ indi çatmısınız. Bu xidmətiniz də xalq tərəfindən, ulu öndər Heydər Əliyev və cənab prezident İlham Əliyev tərəfindən heç vaxt unudulmayıb, yüksək qiymətləndirilib. Mən arzu edirəm ki, Bülbülün yadigarının növbəti doğum günlərini ata-baba yurdunuz Şuşa şəhərində qeyd edək”.
Şeyx qeyd edib ki, P.Bülbüloğlu Azərbaycan mədəniyyətində əsrlər boyu unudulmayacaq iz buraxıb. Daha sonra Şeyxülislam P.Bülbüoğluna Qurani-Kərim və digər qiymətli hədiyyələr təqdim edib.
P.Bülbüloğlu Şeyxə minnətdarlığını bildirərək deyib ki, Azərbaycan xalqının, ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin onun fəaliyyətinə verdiyi qiymət onda böyük ruh yüksəkliyi yaradır. O, Şeyxülislamın istər Sovet dövründə, istər 20 Yanvar hadisələri vaxtı, istərsə də sonrakı illərdə Azərbaycan xalqı qarşısında böyük xidmətlərinin olduğunu bildirərək, onun xalqın böyük tarixi şəxsiyyətlərindən olduğunu bildirib.
Azərbaycanın ictimai-siyasi tarixində baş verənlərdən, öz fəaliyyətindən və Şeyxülislamla dostluq tarixindən danışan P.Bülbüloğlu sonda əlini ona hədiyyə edilən Qurana basaraq and içib: “Əlimi bu müqəddəs Qurana basaraq and içirəm ki, bundan sonra da xalqımın və dövlətimin gələcəyi üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, növbəti ad günümü Qarabağda keçirəcəyəm”.
banner

Oxşar Xəbərlər