• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

Səviyyəsizlərin səviyyə axtarışı

15.05.19 18:39 1104
Səviyyəsizlərin səviyyə axtarışı
Prezident İlham Əliyevin Belçika səfəri çərçivəsində bir sıra anti-Azərbaycn qüvvələr özlərini növbəti çirkin niyyətini həyata keçirməyə cəhd göstərdi. Amma "söyüş çetəsi”nə daxil olan Orduxan və onunla birlikdə bir neçə adamın keçirdiyi "aksiya” bu dəfə Azərbaycan ictimaiyyəti tərəfindən xüsusi aktivliklə qınandı. Bu aksiya ilə bağlı sosial şəbəkədə ciddi təpki müşahidə edildi. Sıravi vətəndaşlar başqalarının əlində alət olan bu anti-milli ünsürlərin təklif etdikləri leksikonu qəbul etmirlər. Orduxan bu yolda olanların islah olunmayan son nümayəndəsidir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, artıq Azərbaycan cəmiyyəti söyüş və təhqirlə danışan "siyasi mühacir”ləri qəbul etmir: "Getdikcə də onlara qarşı cəmiyyətin ictimai qınağı və təpkisi güclənəcək. Çünki cəmiyyətin çoxluq təşkil edən hissəsi tam başa düşür və dərk edir ki, təhqir kampaniyasını aparanlar kimdir və kimlərə xidmət edirlər. Əslində xidmət etdikləri tərəf onların xaricdə yaşamasına və fəaliyyət göstərməsinə şərait yaradan ölkələrin xüsusi xidmət orqanları və erməni diasporudur. Onların da qeyd etdiyim yerlərlə əlaqəsi var. Çünki bu mərkəzlərin himayədarlığı onların yaşama mənbəyidir. Təbii ki, pul verən tərəf də sifarişini, tapşırığını verir. Ancaq əvvəlki dövrlərə nisbətən Azərbaycan xalqı bunların kim olduğunu yaxşı görür və dərk edir. 3-5 nəfərin fikri Azərbaycan xalqının fikri demək deyil. Azərbaycan xalqı müdrik xalqdır və ağı qaradan seçməyi bacarır. Onlar xaricdə bu eybəcər və heç bir əxlaqa sığmayan hərəkətləri ilə bu xalqın adına ləkə gətirən ünsürlərdir”.
E.Məmmədov vurğuladı ki, yaxın tarixdə belə anti-milli ünsürlər olub və öz dövlətləri əleyhinə fəaliyyət göstəriblər: "Bu gün müstəqillikdən, demokratiyadan, sərhədlərin açılmasından istifadə eləməklə belə ünsürlərin sayı bir az da artıb. Təbii ki, zəmanət vermək olmaz ki, onlar tamamilə sıradan çıxacaqlar. Ümumiyyətlə isə, həm daxildə, həm də xaricdə bu tip adamlar var. Yəni, belə ünsürlər olur, amma bütövlükdə bunlar cəmiyyət demək deyil. Onlar cəmiyyətdə yer alan fərdlərdir. Bunların varlığı da dövlət üçün böyük təhlükə deyil. Əksinə, o pislərin varlığı yaxşılara imkan verir ki, nəticə çıxartsınlar və kimin kim olduğunu görsünlər”.
Millət vəkili Azər Badamov bildirdi ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir: "O cümlədən Azərbaycan Avropa İttifaqı ölkələri ilə strateji əməkdaşlıq edir, eyni zamanda Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir. Onu da qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetlərin paraflanması sənədi imzalanıb və bu da gələcəkdə əməkdaşlığımız üçün çox səmərəli olacaq.
Ölkə başçımızın Brüssel səfəri çərçivəsində bir daha torpaqlarımızın işğal altında qalmasını vurğulaması və beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin hələ də icra olmamasını diqqətə çatdırması bir daha beynəlxalq güclərə bir çağırış oldu. Çox yaxşı haldır ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu açıqlanan yekun sənəddə də öz əksini tapıb”.
A.Badamov qeyd etdi ki, bu cür uğurların qarşısında ölkəmizi sevməyən anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirən 3-4 nəfər öz səviyyəsizliklərini göstərərək Brüsseldə aksiya keçirmək istəyiblər: "Video çəkilişinə baxdım və təəssüfləndim ki, onlar Azərbaycan dilində danışırlar və özlərini azərbaycanlı adlandırırlar. Nə xarici görünüşləri, nə də hərəkətləri azərbaycanlıya oxşamayan bu şəxslər müəyyən qrantlar hesabına Azərbaycan Prezidentini, deputatlarını, xalqını təhqir etməyi özlərinə peşə seçiblər. Onların bu əxlaqdankənar hərəkətləri təəssüf doğurmaya bilməz. Onların bu addımı bir azərbaycanlı olaraq məni utandırdı. Lakin hər şeyə rəğmən biz ölkəmizi sevməliyik. Ola bilsin ki, kiminsə kimdənsə narazılığı var. Amma bunu belə aşağı səviyyəli aksiya keçirmək, söyüşlə danışmaq heç bir çərçivəyə sığmır”.
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov bildirdi ki, xaricdə fəaliyyət göstərən antimilli qüvvələr erməni lobbisi tərəfindən maliyyələşir: "Onların məqsədi odur ki, beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirsinlər və ölkəmizi gözdən salsınlar. Onların bu cür cəhdlərini dəfələrlə görmüşük. Ancaq hər dəfə də bu cəhdləri uğursuzluqla nəticələnib və heç nəyə nail ola bilməyiblər. Çünki Azərbaycan dövləti öz uğurlu siyasəti ilə dünya dövlətləri içərisində böyük nüfuza malikdir. Bu baxımdan 3-4 nəfərdən ibarət anti-milli ünsürün aksiya keçirməyə cəhd göstərməsi heç nəyi dəyişə bilməyəcək. Onların bu addımı erməni maraqlarına xidmət etməkdən qaynaqlanır. Bu cür cılız aksiyalar, elə onların öz havadarları tərəfindən çəkilərək sosial şəbəkələrdə yayımlanır və əlaltıları tərəfindən şərhlər verilir. Heç kimə sirr deyil ki, bu qüvvələr öz pozucu fəaliyyətləri qarşılığında xarici ağalarında maliyyə yardımları alırlar. Bu isə, çox utancverici hərəkətdir. Yəni, buna siyasi fəaliyyət demək olmaz. Artıq həmin qüvvələrin özləri də apardıqları fəaliyyətin puç və nəticəsiz olduğunu görürlər və dərk edirlər. Çünki bu qüvvələrin xalqdan heç bir dəstəyi yoxdur. Xalq öz Prezidentinin yanındadır və birmənalı şəkildə onu dəstəkləyir”.

AZAD
banner

Oxşar Xəbərlər