• şənbə, 27 Aprel, 07:41
  • Baku Bakı 12°C

Sevinc Musayeva yenə imicini dəyişdi - Fotolar

27.05.14 14:59 4857
Sevinc Musayeva yenə imicini dəyişdi - Fotolar
“Kaspi qlobal” prodakşnın təşkilatçılığı ilə ATV telekanalında nümayiş olunan “Alma almaya bənzər” verilişinin bu həftəki qonağı istedadlı müğənni Sevinc Musayeva olacaq. Həmin verilişdə tanınmış sənətçilərin, sevimli şou-biznes nümayəndələrinin digər məşhurlara bənzəyən yeni imici insanları təəccübləndirib.
Kaspi.az-a verilən məlumata görə, Sevinc Musayeva həmin layihədə məşhur rus müğənnisi olan Katya Lelin “Doletay” mahnısını ifa edəcək. Xəbəriniz olsun ki, “Alma almaya bənzər” verilişi cümə axşamı saat 15:15 də nümayiş olunacaq.
Layihədə Katya Lelin obrazını yaradan Sevinc Musayeva çəkiliş prosesində maraqlı anların yaşandığını bildirdi: “Bu layihəni çox bəyəndim. Layihənin uğurlu olmasının əsas səbəbi istedadlı, işini düzgün şəkildə quran komandanın olmasıdır. Onlar öz sahələrinin peşəkarlarıdırlar. Obraza gəlincə isə, komandanın seçdiyi ifaçı ilə mənim fikirlərim üst-üstə düşdü. Mən bu komandadan müsbət enerji aldım”.
İfasından danışan Sevinc Musayeva “Doletay” mahnısını uşaqlıqdan sevdiyini qeyd etdi: “İfa edəcəyim mahnı köhnə olsa da, bu gün də çox aktualdır. Onu da deyim ki, o mahnını repertuarıma da daxil etmişdim, ancaq yazdırmamışdım. Bu layihənin köməkliyi ilə artıq o mahnını da yazdırıram və düşünürəm ki, bundan sonra da daimi olaraq repertuarımda yer alacaq”.
Qeyd edək ki, verilişin aparıcısı Nərgiz Mahmudzadə, redaktoru Kəmalə Əhmədova, rejissoru Elnaz Əbluc, prodüseri Vasif Ayan, montajçısı Ətrabə Babayeva, operatoru isə Ruslan Ağazadədir.
Xəyalə RəisFotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər