AZE | RUS | ENG |

Sevinc Fətəliyeva: İşğalçılıq siyasətinin sonu iflasa məhkumdur

Sevinc Fətəliyeva: İşğalçılıq siyasətinin sonu iflasa məhkumdur
Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 2018-ci il 22 oktyabr tarixli qeyri-qanuni "saziş”in ləğv olunmasına dair qərarı onu sübut etdi ki, işğalçılıq siyasətinin sonu iflasa məhkumdur. Eyni zamanda, Ermənistanın bu günədək yalanlar üzərində həyata keçirdiyi siyasətin etirazla qarşılanması artıq onun əsl simasının dünyaya bəlli olmasına dəlalət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, indi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüququn normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla həlli üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. "Saziş”in ləğv edilməsi və Fransa məhkəməsinin ədalətli qərarı erməni diasporunun hiyləgər siyasətinin deyil, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi, eyni zamanda, Azərbaycanın simasında etibarlı tərəfdaşın itirilməməsi istəyindən də irəli gəlir. Artıq bütün dünya Ermənistandan fərli olaraq, Azərbaycan rəhbərliyinin haqlı, milli maraqlara söykənən qətiyyətli siyasəti ilə razılaşır, dünyada sülhün bərqərar olması üçün atdığı addımları görür və bu, hər kəs tərəfindən qəbul edilir, dəstəklənir. Ermənistanın isə işğalçılıq siyasəti, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərəkətləri göstərir ki, Ermənistan həmin ərazilərin anneksiyasını davam etdirmək niyyətindədir. Bu da beynəlxalq hüquq normalarına ziddir və dünya ictimaiyyəti buna laqeyd qalmamalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın həqiqəti görməsi və proseslərin gedişində ikili standartlardan kənar addımlar atması beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunun qəbul edilməsini tam şəkildə özündə əks etdirir.
Eyni zamanda, onu da qeyd etməliyik ki, bu uğurun əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban xanımın bu ilin martında Fransa Respublikasına səfəri zamanı keçirdiyi görüşlər iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Fransada erməni diasporunun dövlət siyasətinə təsir göstərmək cəhdlərinin və münasibətlərə kölgə salmaq istəklərinin üstündən xətt çəkdi, anti-Azərbaycan təbliğatını neytrallaşdırdı. Eləcə də Mehriban xanımın səfər çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini Fransa hakimiyyətinin yüksək dairələrinə çatdırması, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi nizamlanma prosesində Fransanın məsuliyyətini xatırlatması müstəsna rol oynadı. Çox sevindirici haldır ki, Fransa da artıq əvvəlki illərdən fərqli olaraq ikili standartlar prinsipindən deyil, məhz üzərinə düşdüyü öhdəliklər prinsipi ilə hərəkət edərək ədalətli mövqeyini ortaya qoydu. Beləliklə, proseslərin gedişi göstərir ki, Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyün miqyası daha da genişlənir. Azərbaycanın uğurla həyata keçirdiyi diplomatiya sayəsində Ermənistan özünün saxtalığının ifşasını, ölkəmiz isə qələbəsinin təntənəsini yaşayır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299