AZE | RUS | ENG |

Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək

Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq regionun sabitliyində və inkişafında böyük rol oynayıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavininin sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək: "Avqustda birinci mərhələni bitirmişik. İkinci mərhələ görüşlər sentyabrın axırınadək davam edəcək. Biz ekspertləri dinləyib noyabrda komissiyanın növbəti iclasının Gürcüstanda keçirilməsini müəyyən edəcəyik. Yəni Gürcüstanla ekspertlər səviyyəsində görüşləri davam etdiririk".
X.Xələfov qeyd edib ki, Azərbaycan Qərbdəki tərəfdaşları ilə əməkdaşlıqdan əlavə, qonşu dövlətlərlə də qarşılıqlı hörmət və maraqlar əsasında uğurlu layihələr həyata keçirir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873