• cümə, 26 Aprel, 23:46
  • Baku Bakı 22°C

“Sərhəd, millət və yurd həmişə Sabir Rüstəmxanlının taleyinə yazılıb”

19.05.14 11:36 1350
“Sərhəd, millət və yurd həmişə Sabir Rüstəmxanlının taleyinə yazılıb”
Tədbir VHP sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının həyat və yaradıcılığına həsr olunub.
Tədbirdə çıxış edən S. Rüstəmxanlının qızı Aydan Rüstəmxanlı bildirib ki, layihə S. Rüstəmxanlının yaradıcılığı ilə başlayıb, digər türk və Azərbaycan yazarlarının təbliği ilə davam etdiriləcək: "”Türk Dünyasının milli-mənəvi dəyərlərinin qorunmasında və təbliğində şair və yazarlarımızın rolu” mövzusunda tədbirlər silsilə xarakter alacaq. Növbəti tədbirlər digər yazarlarımızın yaradıcılığına həsr olunacaq. Məqsədimiz türk millətinin görkəmli şəxsiyyətlərinin, yazarlarının təbliği və gənc nəslə aşılanmasıdır”.
S. Rüstəmxanlının şeirlərinin səsləndirilməsindən sonra çıxış edən "Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza və Sabir Rüstəmxanlının yaradıcılığında bir sərhəd taleyi var: "Təsadüfi deyil ki, bu insanların əsərlərində bölünmək, vətən həsrəti var. Sərhəd, millət, və yurd həmişə Sabir Rüstəmxanlının taleyinə yazılıb. Sabir Rüstəmxanlı şeirlərində azərbaycançılıqla yanaşı, bir türklük ruhu da duyulur. Bu mənada mən fəxr edirəm ki, Sabir Rüstəmxanlının ruhu sərhədsizdir və o, bunu bütün dünyaya yaymağa nail olub. O, öz əsərlərində millətin ruhunu əks etdirə bilir. Eyni zamanda hələ sovet dövründə böyük cəsarət tələb edən ana dilinin təbliği Sabir Rüstəmxanlının əsas yaradıcılığı təşkil edir”.
Türkiyəli sənətçi Ahmet Şafaq isə bildirib ki, Sabir Rüstəmxanlının poeziyası çox güclüdür: "Onun şeirlərində bütövlük, bərabərlik, birlik yolları göstərilir. Bunun da türk dünyası üçün əhəmiyyəti böyükdür. Mən onun 4 şeirini ifa etmişəm və bundan sonra da onun əsərlərinə müraciət etməyi düşünürəm”.
Sonda S. Rüstəmxanlının əsərlərindən hazırlanan musiqili kompozisiya nümayiş etdirilib./apa/
banner

Oxşar Xəbərlər