• çərşənbə axşamı, 19 mart, 08:38
  • Baku Bakı 8°C

Serbiya və Kosovo danışıqları bərpa edir

08.07.20 09:15 669
Serbiya və Kosovo danışıqları bərpa edir
Münasibətlərin normallaşması üçün Serbiya və Kosovo arasındakı danışıqlar iyulun 12-də Avropa İttifaqının (Aİ) rəhbərliyi altında davam etdiriləcək.
AZƏRTACxəbər verir ki, bu barədə danışıqlarda vasitəçi qismində iştirak edəcək Aİ-nin təmsilçisi Piter Stano rəsmi "Twitter” səhifəsində yazıb. O bildirib ki, Kosovonun Baş Naziri Avdulla Xoti və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirak edəcəyi görüş iki tərəf arasında münasibətlərin normallaşması istiqamətində atılacaq mühüm addımdır.
Görüş Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel arasında keçiriləcək virtual sammitdən sonra baş tutacaq.
İki tərəf arasında dialoq 2018-ci ildə Kosovo tərəfinin Serbiyadan idxal olunan mallara tətbiq edilən vergiləri artırmasından sonra kəsilmişdi. Lakin iyunun 6-da Kosovonun yeni rəhbərliyi normallaşmağa doğru addım ataraq Serbiya ilə aralarındakı bütün ticari əngəlləri aradan qaldıran fərman imzalamışdı.
banner

Oxşar Xəbərlər