• şənbə, 27 Aprel, 00:19
  • Baku Bakı 14°C

“Sən elə danışdın ki, məni ağlamaq tutdu” - Oqtay Əsədov

02.02.15 12:19 1138
“Sən elə danışdın ki, məni ağlamaq tutdu” - Oqtay Əsədov
Azərbaycan parlamentinin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov ilə deputat Etibar Hüseynov arasında maraqlı olay yaşanıb. Lent.az-ın məlumatına görə, çıxış edən deputat E. Hüseynov Azərbaycanda polis əməkdaşlarının son vaxtlar təzyiqə məruz qaldığını bildirərək onların səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayıb və bunu təklif edib.
O. Əsədov deputatın təklifinə belə cavab verib: “Etibar Hüseynov, sən elə danışdın ki, məni ağlamaq tutdu. Bizim polisə nə olub ki? Polisimiz necə lazımdır, yüksək səviyyədə işləyir və vəziyyətləri də yaxşıdır. Heç bir təzyiq-filan, yaxud çətinlik yoxdur. Bir az danışanda, nəsə təklif verəndə diqqətli olmaq lazımdır. Axı bura parlamentdi..”.
banner

Oxşar Xəbərlər