AZE | RUS | ENG |

Səməd Seyidov: "Bu sanksiya Azərbaycanı AŞPA-dan uzaqlaşdırmağa xidmət edir"

Səməd Seyidov:
"Azərbaycan nümayəndə heyətini heç kim Avropa ŞurasıParlament Assambleyasından uzaqlaşdıra bilməz. Çünki quruma nümayəndə heyətin Azərbaycan özü müəyyən edir”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
 
O qeyd edib ki, sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür: "Bu, təzə hadisə deyil. Dəfələrlə o qurumda Azərbaycana qarşı ikili standartların şahidi olmuşuq. Ona görə də sanksiya qərarının heç bir əsası yoxdur, başdan ayağa qərəzliidir”.

 
S. Seyidov bildirib ki, AŞPA-nın müvafiq qurumunda Ermənistana qarşı fərqli münasibət var: "Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə, AŞPA içində sağlam qüvvələr var. Amma bəzi şəxslər qərəzlə çıxış edirlər. Onlar Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq istəyirlər. Bu, sanksiya da buna xidmət edir”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000