• şənbə, 27 Aprel, 05:01
  • Baku Bakı 14°C

Sem Jan Qaliev: TÜRKSOY-un rolu əvəzedilməzdir

29.11.18 12:08 548
Sem Jan Qaliev: TÜRKSOY-un rolu əvəzedilməzdir
Bu axşam tarixi tədbirdə iştirak edirik. Azərbaycanı, Qazaxıstanı, Türkiyəni, ümumiyyətlə türkdilli ölkələri birləşdirən TÜRKSOY-un 25 illik yubileyidir. Qardaş xalqların birliyidir. Onlar mədəniyyətləri, ənənələrinin oxşarlığı ilə bir-birinə çox yaxındır. Əlbəttə, mədəniyyətlərimiz, ənənələrimiz oxşar olduğu kimi, həm də müxtəlifdirlər. Hər birinin özünəməxsus səciyyəvi xüsusiyyətləri var. Bu müxtəliflikdən ilhamlanırıq. Bu dostluq və qardaşlıq əlaqələrimizi daha da möhkəmləndirməyə töhfə verir.
Bu fikriAZƏRTAC-a müsahibəsində UNESCO-nun baş qərargahında TÜRKSOY-un 25 illik yubileyi tədbirində iştirak edən Qazaxıstanın Fransadakı səfiri Sem Jan Qaliev söyləyib.
Bu tədbirin UNESCO-da keçirilməsinin böyük əhəmiyyəti var. Çünki TÜRKSOY türk dilli ölkələrin UNESCO-su hesab edilir.
TÜRKSOY-a üzv dövlətlərin rəhbərləri ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi baxımından bu təşkilata böyük önəm verirlər. Mədəniyyətlərimizin, ənənələrimizin qorunub mühafizə edilməsi, beynəlxalq səviyyədə təşviqi, eləcə də ölkələrimizin yaxından tanınması üçün təşkilatın rolu əvəzedilməzdir.
banner

Oxşar Xəbərlər