• şənbə, 27 Aprel, 03:34
  • Baku Bakı 14°C

Şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinə verilən prezident təqaüdü artırılıb

19.02.18 19:19 1394
Şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinə verilən prezident təqaüdü artırılıb
Dövlət başçısı şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.
Prezidentİlham Əliyev müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.
Dövlət başçısı 1990-cı ilin20 Yanvarhadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında da sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 1990-cı ilin20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.
banner

Oxşar Xəbərlər